23 sentyabr 2026. Çərşənbə

Messi PSJ-nin 3 oyununu buraxacaq


Messi PSJ-nin 3 oyununu buraxacaq

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi komandanın qarşıdakı 3 oyununu buraxacaq.

Corner.az xəbər verir ki,  35 yaşlı forvard çempionatın 2, ölkə kubokunun isə 1 matçında iştirak edə bilməyəcək.

Argentina millisin ilə Qətərdə dünya çempionluğunu qazanan təcrübəli oyunçuya məşqçilər korpusu istirahət üçün vaxt verib. Ulduz futbolçu yanvarın 3-də Fransaya qayıdaraq məşqlərə başlayacaq. Messi Liqa 1-də “Strasburq” (28 dekabr) və “Lans” (1 yanvar), eyni zamanda, ölkə kobokunda “Şatoru” (6 yanvar) ilə görüşü buraxacaq.

Qeyd edək ki, PSJ 15 turdan sonra 41 xalla Fransa çempionatına başçılıq edir.







Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi