7 aprel 2026. Çərşənbə axşamı

Neymardan antirekord


Neymardan antirekord
Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubunda qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib. Corner.az xəbər verir ki, 30 yaşlı hücumçu "Strasburq"a qarşı Liqa 1-in 16-cı tur oyununda uğursuzluğa düçar olub.
 
Təcrüvəli forvard 62-ci dəqiqədə rəqibin cərimə meydançasından simulyasiya etdiyi üçün ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Neymar 2017-ci ildə Paris təmsilçisinə keçdikdən sonra 5-ci dəfə qırmızı vərəqə görüb. Bu, həmin müddətdən bəri yerli çempionatda PSJ-nin oyunçuları arasında ən yüksək göstəricidir.
 
Paytaxt təmsilçisinin azarkeşləri də sosial şəbəkələrdə oyunçunun bu hərəkətini sərt tənqid ediblər.
 
Qarşılaşma isə PSJ-nin 2:1 hesablı qələbəsi ilə bitib. Neymar cari mövsüm komandanın heyətində 21 oyuna çıxıb, 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.






Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:20 05.04.2026
“Lion” səfərdə xal itirdi
PSJ-nin futbolçusu sıradan çıxıb
  • Fransa L.1
  • 23:34 18.03.2026
PSJ-nin futbolçusu sıradan çıxıb