23 oktyabr 2024. Çərşənbə

O, italyandan çox parislidi


O, italyandan çox parislidi

PSJ-nin baş məşqçisi Kristof Qalte Marko Verrattinin klubla müqaviləsinin müddətinin artırılmasını şərh edib.

Corner.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, 30 yaşlı futbolçunu italyandan daha çox parisli olduğunu bildirib:

“Onunla yeni müqavilə imzaladığımız üçün sevincliyəm. Verratti bununla kluba olan bağlılığını göstərdi. İndi o, italyandan daha çox parislidir. Onunla birlikdə işlədiyim üçün məmnunam. Verratti uzun illərdir ki, öz mövqeyində dünyanın ən yaxşı oyunçularındandır”.

Bildirək ki, Verratti PSJ ilə müqaviləsini 2026-cı ilin yayına qədər uzadıb. 

O, 2012-ci ildən Paris təmsilçisinin uğurları üçün çalışır. Verratti 10 mövsümdə 398 oyuna çıxıb, 11 qol vurub və 48 məhsuldar ötürmə ilə yadda qalıb.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib