5 dekabr 2025. Cümə

Marsel'dən səfər qələbəsi


Marsel'dən səfər qələbəsi

Fransa çempionatında 17-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.

İki qolluq “Lill” - “Reyms” matçında qalib müəyyənləşməyib. “Renn” evdə “Nitsa” üzərində çətin qələbəyə sevinib. Beş qolun qeydə alındığı “Strasburq” - “Trua” matçında qonaqlar qələbə qazanıb. Marsel “Olimpik”i də “Monpelye” ilə səfər oyununda 3 xala sevinən tərəf olub.

17 turdan sonra 44 xala malik PSJ vahid liderdir. İkinci pillədəki “Lans”ın 40, Marsel “Olimpik”inin 36 xalı var. “Renn” 34, “Monako” 33, “Loryan” 31, “Lill” 30, Lion “Olimpik”i 24 xal toplaya bilib.

Fransa, Liqa 1
17-ci tur
1 yanvar

Anje – Loryan 1:2
Qol: Sima, 10 – Sima, 79-öz qapısına. Le Fi, 88.

Monako – Brest 1:0
Qol: Qolovin, 54.

Nant – Oser 1:0
Qol: Koko, 74.

Tuluza – Ayaçço 2:0
Qol: Ratao, 46. Dejaqer, 62.

Olimpik (Lion) – Klermon 0:1
Qol: Çam, 87.

Lans – PSJ 3:1
Qol: Frankovski, 5. Openda, 28. Klod-Maurisie, 48 – Ekitike, 8.

2 yanvar

Strasburq – Trua 2:3
Qol: Diallo, 41. Dukure, 54 – Ripar, 15. R.Lopes, 20. Şavalerin, 78.

Lill – Reyms 1:1
Qol: David, 32 – Kayuste, 79.

Monpelye – Olimpik (Marsel) 1:2
Qol: Savanye, 90+1 – N.Tavares, 47. Esteve, 61-öz qapısına.

Renn – Nitsa 2:1
Qol: Terrye, 5. Buriqe, 89 – Barkli, 21.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər