10 may 2026. Bazar günü

PSJ-dən inamlı qələbə


PSJ-dən inamlı qələbə

Fransa çempionatında 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.

“Nant” - “Olimpik” (Lion)  və "Brest" və "Lill" matçlarında hesab açılmayıb. Dörd qolun qeydə alındığı “Loryan” - “Monako” görüşündə də qalib müəyyənləşməyib.

“Nitsa” doğma meydanda “Monpelye”yə böyük hesabla qalib gəlibsə, “Tuluza” səfərdə “Oser”i 5 cavabsız qolla məğlub edib. 

Marsel “Olimpik”i səfərdə “Trua” üzərində inamlı qələbəyə sevinib. Lider və son çempion PSJ də doğma meydanda “Anje”ni məğlub edib.

Hazırda 47 xala malik PSJ vahid liderdir. “Lans” 41 xalla ikinci, Marsel “Olimpik”i 39 xalla üçüncüdür. “Renn” və “Monako”nun 34, “Loryan”ın 32, “Lill”in 31, Lion “Olimpik”inin 25 xalı var.

Fransa, Liqa 1
18-ci tur
11 yanvar

Ayaçço – Reyms 0:1
Qol: Munetsi, 3.

Oser – Tuluza 0:5
Qol: Şaibi, 4. Ruo, 33. Van den Bumen, 41. Abuxlal, 75. Dallinqa, 88.

Brest – Lill 0:0

Klermon – Renn 2:1
Qol: Kiey, 31. Qastyen, 90+4 – Kalimuendo, 74.

Nant – Olimpik (Lion) 0:0

Loryan – Monako 2:2
Qol: Uattara, 75. Moffi, 77 – Embolo, 61. Ben Yedder, 90+2.

Nitsa – Monpelye 6:1
Qol: Pepe, 15; 56. K.Turam, 35. Delor, 75. Barlki, 82; 85 Savanye, 80.

PSJ – Anje 2:0
Qol: Ekitike, 5. Messi, 72.

Strasburq – Lans 2:2
Qol: Prçiç, 13. Qameyro, 16 – Klod-Maurisie, 11. Openda, 33.

Trua – Olimpik (Marsel) 0:2
Qol: Mbemba, 10. Veretu, 46.







Fransa L.1

Fati “Monako”da qalacaq
  • Fransa L.1
  • 23:07 06.05.2026
Fati “Monako”da qalacaq
“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi