23 sentyabr 2026. Çərşənbə

Messi bircə qol vursa Ronaldonu geridə qoyacaq


Messi bircə qol vursa Ronaldonu geridə qoyacaq
PSJ-nin hücumçusu Lionel Messi dünən Fransa çempionatında növbəti qolunu vurmaqla Avropanın 5 əsas liqasının klublarında rekorda şərik olub. Corner.az xəbər verir ki, argentinalı futbolçu buna dünya çempionu kimi vurduğu ilk qolla nail oldu.
 
Bütün klub turnirləri daxil olmaqla 696-cı qolunu vuran Messi Kriştiano Ronaldoya çatıb. Leo daha bir dəfə fəqlənsə, mütləq rekordçu olacaq. Çünki Ronaldo artıq Avropada oynamır və Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in oyunçusudur. Deməli, Messi rəqibsiz qalıb və daha da irəliləyə bilər.
 
Lionel Messi: 832 oyun, 696 qol (+297 məhsuldar ötürmə)
 
Kriştiano Ronaldo: 919 oyun, 696 qol (+197 məhsuldar ötürmə)






Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi