7 noyabr 2026. Şənbə

PSJ yenə səfərdən xalsız qayıtdı


PSJ yenə səfərdən xalsız qayıtdı

Fransa çempionatında 19-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

“Reyms” - “Nitsa” matçında qapılara qol vurulmayıb. “Tuluza” - “Brest” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətlənib. “Lill” doğma meydanda “Trua”nı, “Monako” isə “Ayaçço”nu darmadğınla məğlub edib. “Nant” da “Monpelye” ilə səfər oyununda inamlı qələbə qazanıb. Lider PSJ isə “Renn”lə səfər oyununda gözlənilməz məğlubiyyətə üzülüb.

19 turdan sonra PSJ 47 xalla vahid liderliyini qoruyur. “Lans” 44 xalla ikinci, Marsel “Olimpik”i 42 xalla üçüncüdür. “Monako” və “Renn” 37, “Lill” 34 xal əldə ediblər.

Fransa, Liqa 1
19-cu tur
14 yanvar

Lans – Oser 1:0
Qol: Frankovski, 59-pen.

Olimpik (Marsel) – Loryan 3:1
Qol: Kolaşinaç, 38. A.Sançes, 53. Veretu, 59 – Moffi, 29.

Olimpik (Lion) – Strasburq 1:2
Qol: Lakazett, 45+1-pen – Aholu, 29. Diallo, 32.

15 yanvar

Lill – Trua 5:1
Qol: Bayo, 16; 47. David, 45+1; 88. Vircinius, 75 – Balde, 65.

Anje – Klermon 1:2
Qol: Bufal, 80 – Raşani, 40. Borges, 47.

Monpelye – Nant 0:3
Qol: Jirotto, 45+12. M.Məhəmməd, 81. Blas, 84.

Reyms – Nitsa 0:0

Tuluza – Brest 1:1
Qol: Abuxlal, 65 – Munye, 18.

Monako – Ayaçço 7:1
Qol: Disasi, 2. Diatta, 6. Ben Yedder, 21; 28; 35-pen. Embolo, 63; 89 - Belaili, 11.

Renn – PSJ 1:0
Qol: Traore, 65.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi