23 sentyabr 2026. Çərşənbə

Fransa klubundan 6 milyonluq transfer


Fransa klubundan 6 milyonluq transfer
"Monpelye” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Mets”dən Bubakar Kuyateni transfer edib.
 
Mərkəz müdafiəçisinin transferi yeni klubuna 6 milyon avroya başa gəlib. Malidən olan 25 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.
 
Kuyate 2020-ci ilin avqust ayından formasını geyindiyi “Mets”də 74 oyuna çıxıb, 2 qol vurub. O, daha öncə Fransada “Trua”nın da formasını geyinib. Müdafiəçi Mali yığmasında 23 oyuna çıxıb.






Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi