5 may 2026. Çərşənbə axşamı

PSJ yenə xal itirdi


PSJ yenə xal itirdi

Fransa çempionatında 20-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

“Klermon” - “Nant” matçı qapılara qol vurulmayıb. “Nitsa” “Lill”ə, “Brest” “Anje”yə qalib gəlib. “Oser” evdə “Monpelye”yə, “Strasburq” isə “Tuluza”ya məğlub olub. Səfərdə “Ayaçço” ilə qarşılaşan Lion “Olimpik”i turu qələbə ilə başa vurub. PSJ isə doğma meydanda “Reyms”lə oyunda qələbəni son anda əldən verib.

20 turdan sonra 48 xala malik PSJ vahid liderdir. “Lans” 45 xalla ikinci, Marsel “Olimpik”i 43 xalla üçüncüdür.

Fransa, Liqa 1
20-ci tur
27 yanvar

Loryan – Renn 2:1
Qol: Talbi, 13. Le Bris, 31 – Tait, 73.

28 yanvar

Trua – Lans 1:1
Qol: Larusi, 50 – Tomasson, 88.

Olimpik (Marsel) – Monako 1:1
Qol: A.Sançes, 47 – Veretu, 17-öz qapısına.

29 yanvar

Nitsa – Lill 1:0
Qol: Labord, 34.

Oser – Monpelye 0:2
Qol: Mavididi, 62; 80

Brest – Anje 4:0
Qol: Le Duaron, 14. Munye, 34. Honorat, 60. Melu, 84.

Klermon – Nant 0:0

Strasburq – Tuluza 1:2
Qol: Qameyro, 20 – Dallinqa, 25; 51.

Ayaçço – Olimpik (Lion) 0:2
Qol: Lepenant, 20. Lakazett, 71.

PSJ – Reyms 1:1
Qol: Neymar, 51 – Baloqun, 90+6.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu