16 mart 2026. Bazar ertəsi

PSJ-dən inamlı qələbə


PSJ-dən inamlı qələbə

Fransa çempionatında 21-ci turun oyunarı keçirilib. Corner.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Lion “Olimpik”i “Brest”lə ev oyununda xal itkisi ilə üzləşib. Səfərdə “Nant”ın qonağı olan Marsel “Olimpik”i isə çətin qələbə qazanıb. “Monako” “Oser”i məğlub yola salıb. Lider PSJ isə səfərdə “Monpelye”yə üzərində inamlı qələbə qazanıb.

21 turdan sonra 51 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 46 xalla ikinci, “Lans” 45 xalla üçüncü pillədə qərarlaşıb. “Monako”nun 41, “Renn”in 40 xalı var.

Fransa, Liqa 1
21-ci tur
1 fevral

Anje – Ayaçço 1:2
Qol: Sima, 13 – Sumano, 65. Əl-İdrissi, 90+3.

Lill – Klermon 0:0

Nant – Olimpik (Marsel) 0:2
Qol: J.Viktor, 57-öz qapısına. Unai , 90+2.

Reyms – Loryan 4:2
Qol: Baloqun, 44-pen; 61; 64. Dumbiya, 51 – Le Fi, 10. Kone, 36.

Tuluza – Trua 4:1
Qol: Dallinqa, 16. Çaibi, 36. Van den Bomen, 55. Onaivu, 88 – Balde, 12-pen.

Lans – Nitsa 0:1
Qol: Laborde, 57.

Olimpik (Lion) – Brest 0:0

Monako – Oser 3:2
Qol: Ben Yedder, 11. Ben Seqir, 30. Embolo, 82 – Abline, 68. Da Kosta, 84.

Monpelye – PSJ 1:3
Qol: Nordin, 89 – Ruis, 55. Messi, 72. Zaire-Emeri, 90+1.

Renn – Strasburq 3:0
Qol: Quiri, 3; 21. Due, 51.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi