22 oktyabr 2024. Çərşənbə axşamı

Neymar bu turnirə qatıldı, azarkeşlər etiraz etdi


Neymar bu turnirə qatıldı, azarkeşlər etiraz etdi
PSJ-nin hücumçusu Neymar  “European Poker Tour” turnirinə qatılması yenidən gündəm yaradıb. Corner.az xəbər verir ki, 31 yaşlı futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya”ya 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanın ertəsi günü Parisdə keçirilən poker turnirində iştirak etməsi birmənalı qarşılanmayıb.
 
Ulduz oyunçu əvvəlcə günorta saatlarında masa arxasına oturub və tez uduzaraq məkanı tərk edib. Lakin axşam saatlarında böyük turnirdə 10 min avro uğrunda mübarizə aparmaq üçün ora qayıdıb. Neymarın davranışı azarkeşlərin narazılığına yol açıb.
 
Qeyd edək ki, PSJ-nin digər hücumçusu Kilian Mbappe də matçdan sonra azarkeşləri komandanı lazımınca dəstəkləməməkdə günahlandırıb.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib