7 aprel 2026. Çərşənbə axşamı

64 ildən sonra gələn rekord


64 ildən sonra gələn rekord

PSJ klubunun futbolçusu Kilian Mbappe Fransa Liqa 1-in tarixinə düşüb.

Corner.Az "Opta Sports"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu çempionatda 150 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.

Fransalı oyunçu buna 14-cü turda "Lill"ə 4:3 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.

Mbappe buna 24 yaş iki aylıq olarkən nail olub. Mbappe 1959-cu ildə 26 yaş iki ayında 150-ci qolunu vuran Jyust Fontenin rekordunu qırıb.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində 28 oyuna çıxıb, 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:20 05.04.2026
“Lion” səfərdə xal itirdi
PSJ-nin futbolçusu sıradan çıxıb
  • Fransa L.1
  • 23:34 18.03.2026
PSJ-nin futbolçusu sıradan çıxıb