22 oktyabr 2024. Çərşənbə axşamı

Messidən 700-cü qol


Messidən 700-cü qol
Liqa 1-in 25-ci turu çərçivəsində baş tutan Marsel “Olimpik”i ilə oyun PSJ-nin hücumçusu Lionel Messi üçün əlamətdar olub. Corner.az xəbər verir ki, argentinalı ulduz bu oyunda rəqib qapısına yol tapmaqla klub karyerasındakı 700-cü qolunu vurub.
 
O, bu saya 840-cı oyununda çatıb. PSJ-də 28-ci qolunu vuran futbolçu daha öncə “Barselona”da da rəqib qapılarından 672 top keçirib.
 
Xatırladaq ki, Messi bu mövsüm meydana çıxdığı 20 oyunda 12 qol və 12 məhsuldar ötürmə müəllifi olub.
 






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib