22 oktyabr 2024. Çərşənbə axşamı

Mbappedən PSJ tarixinin rekordçusu oldu


Mbappedən PSJ tarixinin rekordçusu oldu

Fransa PSJ-sində çıxış edən Kilian Mbappe klub tarixinin ən məhsuldar futbolçusu rekordunu təkrarlayıb.

Corner.Az xəbər verir ki, hücumçu Liqa 1-in XXV turunda “Marsel”lə oyunda dubl etməklə buna nail olub.

Komandasının 3:0 hesablı qələbəsinin memarı olan 25 yaşlı forvard PSJ-nin heyətində bütün turnirlərdəki ümumi qollarının sayını 200-ə çatdırıb və Edinson Kavaninin rekordunu təkrarlayıb. Bu göstəriciyə çatmaq üçün Mbappeyə 246 oyun kifayət edib. Kavani isə aktivinə 200 qol yazdırmaqdan ötrü 301 matç keçirməli olub.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm Liqa 1-də keçirdiyi 21 oyunda 17 qol vurub.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib