5 may 2026. Çərşənbə axşamı

Marsel 3 xalı tək qolla qazandı


Marsel 3 xalı tək qolla qazandı

Fransa çempionatında 26-cı tura yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər oyunları son günə təsadüf edib.

Dörd qolun qeydə alındığı “Trua” - “Monako” matçında qalib müəyyənləşməyib. “Olimpik” (Lion) - “Loryan” oyununda qapılara qol vurulmayıb. Səfərdə “Renn”in qonağı olan Marsel “Olimpik”i də 3 xalı tək qolla qazanıb.

26 turdan sonra 63 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 55 xalla ikincidirsə, “Monako” və “Lans”ın 51 xalı var. “Renn” 46, “Lill” 45, “Nitsa” 42, “Reyms”lə “Loryan” 40, Lion “Olimpik”i 39 xal toplayıb.

Fransa, Liqa 1
26-cı tur
3 mart

Nitsa – Oser 1:1
Qol: Laborde, 45+1 – Heyn, 36.

4 mart

Lans – Lill 1:1
Qol: Fonte, 41-öz qapısına – David, 69.

PSJ – Nant 4:2
Qol: Messi, 12. Hadjam, 17-öz qapısına. D.Pereyra, 60. Mbappe, 90+1 – Blas, 31. Qanaqo, 38.

5 mart

Trua – Monako 2:2
Qol: Kuame, 31. Uqbo, 90+1 – Ben Yedder, 80; 83.

Monpelye – Anje 5:0
Qol: Xazri, 2. Savanye, 25; 51. Mauassa, 45+2. Vahi, 73.

Reyms – Ayaçço 1:0
Qol: Kayuste, 90+4.

Strasburq – Brest 0:1
Qol: Honorat, 45+1.

Tuluza – Klermon 0:1
Qol: Xaui, 76.

Olimpik (Lion) – Loryan 0:0

Renn – Olimpik (Marsel) 0:1
Qol: Kolaşinaç, 57.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu