7 noyabr 2026. Şənbə

PSJ kapitanını da itirdi


PSJ kapitanını da itirdi
UEFA Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində Almaniyanın “Bavariya” komandasına iki oyunun nəticəsinə görə (0:1, 0:2) mübarizəni dayandıran Fransa PSJ-si kapitanı Markinyosu itirib. Corner.az xəbər verir ki, braziliyalı futbolçu ötən gecə Münhendə baş tutan cavab qarşılaşmasının birinci hissəsində sıradan çıxıb.
 
Bu üzdən də o, 36-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. 28 yaşlı oyunçunun zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək.
 
2013-cü ildən PSJ-də forma geyinən Markinyos bu mövsüm meydana çıxdığı 35 oyunda 2 qol da vurub.
 
PSJ-də bir neçə gün öncə digər braziliyalı futbolçu – Neymar da uzun müddətə sıradan çıxmışdı.






Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi