5 may 2026. Çərşənbə axşamı

Monako uduzdu, Marsel xal itirdi


Monako uduzdu, Marsel xal itirdi

Fransa çempionatında 27-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 7 görüş baş tutub.

Dörd qolluq “Nant” - “Nitsa” matçında qalib müəyyənləşməyib. Marsel “Olimpik”inin “Strasburq”la ev oyununda da oxşar nəticə qeydə alınıb. “Monako” isə evdə “Reyms”ə minimal hesabla uduzub. "Ayaçço" evdə "Monpelye"yə, "Klermon" "Lans"a və "Anje" "Tuluza"ya məğlub olub. "Loryan" isə "Trua" ilə ev oyununda inamlı qələbə qazanıb.

Hazırda 66 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 56 xalla ikinci, “Lans” isə 54 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” da 51 xal toplaya bilib.

Fransa, Liqa 1
27-ci tur
10 mart

Lill – Olimpik (Lion) 3:3
Qol: David, 46; 61; 79 – Barkola, 64. Lakazette, 83; 89.

11 mart

Oser – Renn 0:0

Brest – PSJ 1:2
Qol: Honorat, 43 – Soler, 37. Mbappe, 90+1.

12 mart

Klermon – Lans 0:4
Qol: Openda, 31; 34; 35. Klod-Maurise, 76.

Ayaçço – Monpelye 0:1
Qol: Vahi, 68.

Anje – Tuluza 0:2
Qol: Desler, 37. Dallinqa, 46.

Loryan – Trua 2:0
Qol: Dienq, 8.

Nant – Nitsa 2:2
Qol: Sissoko, 31. M.Məhəmməd, 88 – Moffi, 5. Ndayişimiye, 71.

Monako – Reyms 0:1
Qol: Baloqun, 51.

Olimpik (Marsel) – Strasburq 2:2
Qol: Mbemba, 49. A.Sançes, 76-pen – Aholu, 88; 89.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu