22 iyun 2026. Bazar ertəsi

PSJ-nin 2 illik seriyası qırıldı


PSJ-nin 2 illik seriyası qırıldı
PSJ Fransa Liqa1-nin 28-ci turunda öz meydanında “Renn”ə 0:2 hesabı ilə məğlub olub. Corner.az xəbər verir ki, bu, Paris klubunun doğma arenasındakı məğlubiyyətsiz oyunlar seriyasının qırılması ilə nəticələnib.
 
Belə ki, Fransa çempionu Liqa1-də 35 matçdan sonra evdə məğlubiyyətlə üzləşib. Sözügedən komanda “Park de Prens”dəki son 35 görüşünün 30-da qələbə qazanıb, 5-də heç-heçə etmişdi. Komanda buna qədər axırıncı dəfə iki il əvvəl - 2021-ci ilin aprelində “Lill”ə öz meydanında (0:1) uduzmuşdu.
 
Qeyd edək ki, PSJ hazırda 66 xalla turnir cədvəlinə başçılıq edir.






Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”