21-ci əsrin üçüncü onilliyində ən çox qol vuran futbolçuların adları müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıda lider dəyişib.
2021-ci il yanvarın 1-dən bu günə qədər ən çox fərqlənən oyunçu Kilian Mbappedi. Fransalı futbolçu AVRO-2024-ün seçmə mərhələsində Niderlandla (4:0) görüşdə dubla imza ataraq, üç il ərzində vurduğu ümumi qol sayını 120-yə çatdırıb və “Barselona”nın forvardı Robert Levandovskini qabaqlayıb.
Üçüncü onilliyin ən məhsuldar 10 futbolçusu
1. Kilian Mbappe (Fransa) - 120 qol
2. Robert Levandovski (Polşa) - 118
3. Erlinq Haland (Norveç) - 110
4. Kərim Benzema (Fransa) - 91
5. Harri Keyn (İngiltərə) - 90
6. Lionel Messi (Argentina) - 88
7. Qabriel Barbosa (Braziliya) - 83
8. Mixael Olunqa (Keniya) - 80
9. Kriştiano Ronaldo (Portuqaliya) - 76
10. Məhhəmməd Salah (Misir) - 76