Futbol üzrə Fransa millisinin sabiq yarımmüdafiəçisi Emmanuel Peti PSJ azarkeşlərinin Lionel Messini fitə basmasına münasibət bildirib. Corner.az xəbər verir ki, 52 yaşlı mütəxəssis fanatların bu addımını pisləyib:
“Bu, mənə görə futbola təhqirdir. Messi və Neymara qarşı bunu edənlər bir it sürüsüdür. Lionelə məsləhət verə bilsəm, ona buradan getməsini deyərdim!
PSJ-nin uğursuz çıxışında tək Messi günahkardır? O, çubuqlu maestrodur, onun ətrafında olan oyunçular səy göstərməlidirlər. Verratti və başqaları... topu istəyirlər, amma özləri qərar vermirlər.
Baş məşqçi Kristof Qaltye qalan oyunçuların məsuliyyət daşımalı olduğunu söyləməkdə haqlıdır. Bu klubun azarkeşləri başa düşmürlər ki, Messinin düzgün tərəfdaşlara ehtiyacı var və onlar menecerlərin dəyərsiz əməyi ucbatından orada deyillər. PSJ 20 yaşlı oyunçular üçün də təqaüdə çıxmazdan əvvəl gələcəkləri bir yerdir”.
Xatırladaq ki, “Park de Prins”də Lion “Olimpik”inə 0:1 hesabıyla məğlub olduqları oyunda azarkeşlər Lionel Messini fitə basıblar.