5 may 2026. Çərşənbə axşamı

İki azarkeş həbs olundu


İki azarkeş həbs olundu
“Lion” klubunun iki azarkeşi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə dava etdikləri üçün həbs cəzasına məhkum edilib. Corner.az xəbər verir ki, onlardan biri 10, digəri 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Ancaq hər ikisinin cəzasının 4 ayı şərti olacaq. Bundan başqa, digər iki təqsirləndirilən şəxsə 8 aylıq şərti həbs cəzası verilib. Dörd azarkeşin hər biri 1500 avro cərimə ödəyəcək.
 
Hadisə yanvarın 14-də Fransa çempionatının XIX turunda “Lion”un “Strasburq”a 1:2 hesabı ilə uduzduğu matçda baş verib. Azarkeşlərin meydana çıxmağa cəhd etməsi polislə toqquşma ilə nəticələnib.
 
Qeyd edək ki, “Lion” hazırda Liqa 1-də 9-cu pillədə qərarlaşıb.






Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu