22 oktyabr 2024. Çərşənbə axşamı

Messi Ronaldonun rekordunu qırdı


Messi Ronaldonun rekordunu qırdı
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi klub səviyyəsində Avropada ən çox qol vuran Səudiyyə Ərəbistanın “Əl-Nəsr”ində çıxış edən hücumçu Kriştiano Ronaldonun rekordunu yeniləyib.
 
Corner.az xəbər verir ki, argentinalı ulduz Fransa Liqa 1-nin 30-cu turunda “Nitsa” ilə görüşdə fərqlənərək buna nail olub.
 
Komandasının 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada hesabı açan 36 yaşlı futbolçu klub karyerasında Avropada 702-ci qolunu vurub. Ronaldoda isə bu say 701-dir. Bu göstəriciyə çatmaq üçün dünya çempionu həmkarından 105 oyun az keçirib.
 
“Nitsa” ilə matçda ikinci qolun assistini edən Messi, həmçinin, cari mövsüm Avropanın “Top-5” liqasında ən çox məhsuldar ötürmə verən İngiltərə “Mançester Siti”sinin yarımmüdafiəçisi Kevin De Bruyneyə çatıb. Hazırda hər iki oyunçunun aktivində ölkə çempionatında 14 assist var.
 
Messi bu mövsüm bütün turnirlərdə 33 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə ilə yadda qalıb.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib