5 dekabr 2025. Cümə

Marsel və Monako xal itirdi, Lion'dan qələbə


Marsel və Monako xal itirdi, Lion'dan qələbə

Fransa çempionatında 30-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, əksər qarşılaşmalar son günə təsadüf edib.

“Loryan”la Marsel “Olimpik” oyunda qapılara qol vurulmayıb. “Reyms” - “Brest” və “Nant” - “Monako” matçlarında da qalib müəyyənləşməyib.

Lion “Olimpik”i “Renn”lə ev oyununda inamlı qələbə qazanıb. “Ayaçço” evdə “Oser”ə, “Monpelye” “Tuluza”ya, “Trua” isə “Klermon”a məğlub olub.

Hazırda 69 xalı olan PSJ vahid liderdir. “Lans” 63 xalla ikinci, Marsel “Olimpik”i 61 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 58, “Lill” 52, “Renn” 50, Lion “Olimpik”i və “Reyms” 47, “Nitsa” ilə “Loryan” 45 xal toplayıblar. 

Fransa, Liqa 1
30-cu tur
7 aprel

Lans – Strasburq 2:1
Qol: Frankovski, 11. Medina, 65 – Qameyro, 84.

8 aprel

Anje – Lill 1:0
Qol: Şabanoviç, 84.

Nitsa – PSJ 0:2
Qol: Messi, 26. S.Ramos, 76.

9 aprel

Olimpik (Lion) – Renn 3:1
Qol: Tolisso, 60. Lakazette, 68. Barkola, 79 – Quiri, 11.

Ayaçço – Oser 0:3
Qol: Ture, 3. Da Kosta, 6. Alfonse, 45+1-öz qapısına.

Monpelye – Tuluza 1:2
Qol: Vahi, 88 – Dallinqa, 31. Çaibi, 85.

Reyms – Brest 1:1
Qol: Baloqun, 90+1 – Melu, 6.

Trua – Klermon 0:2
Qol: Çam, 27. Qastyen, 30.

Nant – Monako 2:2
Qol: M.Məhəmməd, 65. Blas, 78 – Disasi, 21. Matazo, 30.

Loryan – Olimpik (Marsel) 0:0







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər