22 oktyabr 2024. Çərşənbə axşamı

Markinyos 400-ə çatdı


Markinyos 400-ə çatdı
Liqa 1-in 30-cu turunun “Nitsa” ilə oyunu PSJ-nin müdafiəçisi Markinyos üçün əlamətdar olub. Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu Paris təmsilçisində 400-cü matçına çıxıb.
 
Braziliyalı oyunçu 2:0 hesablı qələbəyə sevindikləri səfər matçından sonra bu barədə fikirlərini bildirib:
 
“PSJ həmişə mənə, azarkeşlərə minnətdarlığını bildirib. Parisdə çox xoşbəxtəm!”
 
“Sambaçı” 2013-cü ildən Paris klubunda çıxış edir. Müdafiəçi Fransa klubundakı 400 matçda 38 qol vurub, 9 assist edib.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib