22 oktyabr 2024. Çərşənbə axşamı

Qaltyenin anasını təhqir etməyin cəzası: 5000 avroluq cərimə


Qaltyenin anasını təhqir etməyin cəzası: 5000 avroluq cərimə
“Nitsa”nı Liqa 1-in 30-cu turunda PSJ ilə matçda (0:2) komandanın azarkeşlərinin asdığı pankarta görə 5000 avro cərimə gözləyir.
 
Corner.az xəbər verir ki, sözügedən komandanın fanatları parislilərin baş məşqçisi Kristof Qaltyenin anasına təhqir yazılan pankart nümayiş etdiriblər.
 
Oyunun final fitindən sonra Qaltye ötən mövsüm rəhbərlik etdiyi “Nitsa”nın azarkeşlərinə istehzalı alqışlarla cavab verib. Təcrübəli mütəxəssis matçdan sonra baş verənlərlə bağlı bunları söyləyib:
 
“Niyə belə reaksiya verdim? Pankartı gördünüzmü?! Üzərində yazılanları oxumusuz?! Anamın 83 yaşı var, o, xərçəng xəstəliyindən əziyyət çəkir”.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib