23 sentyabr 2026. Çərşənbə

PSJ-də növbəti ciddi itki


PSJ-də növbəti ciddi itki
Fransanın PSJ klubu daha bir futbolçu itkisi ilə üzləşib. Corner.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Renato Sançes də sıradan çıxıb.
 
Əzələsini zədələyən portuqaliyalı futbolçunun azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
 
Bu mövsümün əvvəlindən PSJ-də çıxış edən 25 yaşlı futbolçu Liqa 1 nəhəngində 22 oyuna çıxıb, 2 qol vurub.
 
Xatırladaq ki, PSJ-də ötən gün müdafiəçi Nordi Mukiele də əməliyyat olunub və bu mövsümün sonuna kimi komandaya kömək edə bilməyəcək.






Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi