22 oktyabr 2024. Çərşənbə axşamı

PSJ-nin baş məşqçisi irqçilikdə ittiham olundu


PSJ-nin baş məşqçisi irqçilikdə ittiham olundu
Fransanın PSJ komandasının baş məşqçisi Kristof Qaltye vaxtilə çalışdırdığı “Nitsa”da irqi ayrıseçkilik etməkdə ittiham olunub. Corner.az xəbər verir ki, bu barədə "Nitsa"nın keçmiş idman direktoru Jülyen Furnye "RMC Sport"a bildirib. 
 
O, bir vaxtlar birgə çalışdığı məşqçi ilə fikir ayrılığı yaşadığını həmin vaxt klub rəhbərlərinə göndərdiyi elektron məktubda Qaltyenin qəribə ifadələrinə diqqət çəkib: “Qaltye mənə dedi ki, yerli reallıqları nəzərə alsaq, "Nitsa"da bu qədər çox qaradərili və müsəlman çıxış edə bilməz. Restoranda adamlar mənə yaxınlaşaraq heyətdə qaradərili futbolçuların çox olması ilə bağlı şikayətlənirlər”.
 
Bu söhbət ortaya çıxdıqdan sonra Fransada Qaltyeyə qarşı böyük narazılıqlar yaranmağa başladı. Hətta PSJ-nin aparıcı fanat qrupları onun dərhal komandadan qovulmasının tərəfdarıdırlar
 
Paris klubu məsələnin araşdırıldığını açıqlayıb. Əgər bu məsələ təsdiqini taparsa, Qaltyenin PSJ-dən qovulması istisna edilmir.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib