8 may 2026. Cümə

Monako və Marsel'dən inamlı qələbə


Monako və Marsel'dən inamlı qələbə

Fransa çempionatında 31-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün 7 qarşılaşma baş tutub.

“Lill” “Monpelye”ni, “Oser” “Nant”ı, “Brest” “Nitsa”nı, “Klermon” “Anje”ni “Strasburq” “Ayaçço”nu, “Monako” “Loryan”a, “Olimpik” (Marsel) isə “Trua”nı məğlub edib.

Hazırda 72 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 64 xalla ikinci, “Lans” 63 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 61, “Lill” 55, “Renn” 53, Lion “Olimpik”i 50 xal toplayıb.

Fransa, Liqa 1
31-ci tur
14 aprel

Tuluza – Olimpik (Lion) 1:2
Qol: Abuxlal, 37 – Lakazette, 34. L.Kosta, 88-öz qapısına.

15 aprel

Renn – Reyms 3:0
Qol: Doku, 9; 19. Teate, 68.

PSJ – Lans 3:1
Qol: Mbappe, 31. Vitinya, 37. Messi, 40 – Frankovski, 60.

16 aprel

Lill – Monpelye 2:1
Qol: David, 70. Kabella, 72 – Silla, 24.

Oser – Nant 2:1
Qol: Jubal, 5-pen. Da Kosta, 43 – M.Məhəmməd, 55.

Brest – Nitsa 1:0
Qol: Le Duaron, 12.

Klermon – Anje 2:0
Qol: Kyei, 33. M.Çam, 39-pen.

Strasburq – Ayaçço 3:1
Qol: Qameyro, 26-pen. Diarra, 71. Suzuki, 89 – Barreto, 76. 

Monako – Loryan 3:1
Qol: Diatta, 14. Qolovin, 27. Volland, 55 – Kone, 86-pen.

Olimpik (Marsel) – Trua 3:1
Qol: Vitinya, 2; 64. C.Ünder, 40 – Balde, 90+1.







Fransa L.1

Fati “Monako”da qalacaq
  • Fransa L.1
  • 23:07 06.05.2026
Fati “Monako”da qalacaq
“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi