5 dekabr 2025. Cümə

Messi və Mbappe üçün əlamətdar oyun


Messi və Mbappe üçün əlamətdar oyun
Fransa çempionatının 32-ci turunun “Anje” ilə səfər qələbəsi PSJ-nin iki ulduzu – Kilian Mbappe və Lionel Messi üçün əlamətdar olub. Corner.az xəbər verir ki, Messi bu görüşdə bir məhsuldar ötürmə, Mbappe isə iki qolla yadda qalıb.
 
Beləliklə, fransalı forvard Fransa çempionatında 21-ci əsrin rekordunu təkrarlayıb. 24 yaşlı hücumçu bu turnirdə 214 qolda (157 qol, 57 məhsuldar ötürmə) yaxından iştirak edərək Dmitri Payetə çatıb. 2005/06 mövsümündə Liqa 1-də debüt edən və hazırda Marsel “Olimpik”inin uğurları üçün çalışan Payet "Nant", "Sent-Etyen" və "Lill"in də formasını geyinib. O, çempionatda ümumilikdə 489 matçda meydanda olub. Daha əvvəl "Monako"da çıxış edən Mbappe isə bu nailiyyəti 210 oyun və 8 mövsümə təkrarlamağı bacarıb.
 
Messi isə cari mövsümdə 15-ci ötürməsinə imza atıb. 35 yaşlı oyunçu, bu rəqəmə ən tez çatan oyunçuya çevrilib. Argentinalı futbolçu buna 27 qarşılaşmada müvəffəq olub.
 
Bundan əlavə, Messi 2006/07 mövsümündən sonra Eden Hazard və Kilian Mbappedən sonra Liqa 1-də 15 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olan üçüncü oyunçu olub.






Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər