PSJ-nin hücumçusu Lionel Messi komandanın baş məşqçisi Kristof Qaltye və idman direktoru Luis Kamposdan Səudiyyə Ərəbistanına getməyə razılıq almayıb. Corner.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
Məlumatda, 35 yaşlı argentinalı forvard Fransa Liqa 1-in 33-cü turunda “Loryan”a uduzduqları (1:3) oyundan 3 saat sonra Səudiyyə Ərəbistanına uçduğu bildirilib.
Parisli futbolçulara yalnız “Loryan” üzərində qələbə olduğu halda bir günlük istirahət verilməsi nəzərdə tutulsa da məğlubiyyətə görə həftəsonu istirahəti ləğv olunub. Bütün komanda yoldaşları oyunun ertəsi gün səhər məşq gəlsələr də Messi bu məşqdə iştirak etməyib.
Messinin PSJ ilə müqaviləsi bu yay başa çatır. Argentinalı hücumçu bu mövsüm bütün yarışlarda 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.