5 may 2026. Çərşənbə axşamı

49 il sonra bir oyunda iki poker


49 il sonra bir oyunda iki poker
Fransa Liqa1-nin XXXIV turunda keçirilən “Lion” – “Monpelye” oyununda (5:4) turnir rekordu təkrarlanıb. Corner.az xəbər verir ki, hər iki komandanın hücumçuları görüşdə pokerə imza atıb.
 
“Lion”da Aleksandr Lyakazett, “Monpelye”də isə Vahi Sepe rəqibi 3 dəfə mərkəzə dəvət edib. Buna qədər Fransa çempionatında yalnız 1974-cü ildə “Reyms” – “Monako” (8:4) görüşündə analoji hal yaşanmışdı. 49 il əvvəlki matçda “Reyms”dən Karlos Byanki beş, Delio Onnisa isə “Monako”nun dörd qolunun müəllifi olub.
 
Qeyd edək ki, oyun zamanı “Lion” 1:4 hesabı ilə geridə olsa da, sonda meydanı qalib tərk edib. Maraqlıdı ki, “Monpelye” bundan əvvəl də bir dəfə belə halla üzləşib. Belə ki, 1998-ci ildə “Marsel”lə matçda komanda 4:1 hesabı ilə öndə olduğu qarşılaşmada 4:5 hesabı ilə yenilib.






Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu