5 may 2026. Çərşənbə axşamı

Ulduz futbolçunu ağır sanksiya gözləyir


Ulduz futbolçunu ağır sanksiya gözləyir
"Marsel”in yarımmüdafiəçisi Dimitri Payeti ağır sanksiya ilə üzləşə bilər. Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu 5 oyunluq cəzalandırıla bilər.
 
Buna səbəb ulduz futbolçunun Fransa Liqa1-nin XXXIV turunda səfərdə “Lans”la görüşdə əvəzetmədən meydana daxil olmazdan əvvəl rəqibin məşqçisini yumruqla vurub. Bu epizod Liqa1-in Nizam-İntizam Komitəsi tərəfindən araşdırılır.
 
Payetin hərəkəti Fransa Futbol Federasiyasının Nizam-İntizam reqlamentinin 13-cü maddəsinə - “qəddarlıq aktı”na uyğun gəlir. Cəzanın müddəti 7 matça qədər artırıla da biləcəyi də istisna edilmir.
 
Qeyd edək ki, Payet 88-ci dəqiqədə qol vursa da, komandası meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.






Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu