22 oktyabr 2024. Çərşənbə axşamı

Lion uduzdu, Marsel'dən qələbə


Lion uduzdu, Marsel'dən qələbə

Fransa çempionatında 35-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu gündə 7 görüş baş tutub.

“Tuluza” – “Nant” və “Monako” - “Lill” matçlarında qapılara qol vurulmayıb.

İki qolluq “Monpelye” - “Loryan” matçında da qalib müəyyənləşməyib. Lion “Olimpik”i səfərdə “Klermon”a məğlub olub. “Brest” “Oser”ə, “Renn” də “Trua”ya qalib gəlib. Marsel “Olimpik”i isə “Anje” ilə ev oyununda inamlı qələbə qazanıb.

Hazırda 81 xala malik PSJ vahid liderdir. “Lans” 75 xalla ikinci, Marsel “Olimpik”i 73 xalla üçüncü pillədə qərarlaşıb. “Monako”nun 65, “Lill”in 60, “Renn”in 59, Lion “Olimpik”inin 56 xalı var.

Fransa, Liqa 1
35-ci tur
12 may

Lans – Reyms 2:1
Qol: Frankovski, 40-pen. Fofana, 55 – Baloqun, 23-pen.

13 may

Strasburq – Nitsa 2:0
Qol: H.Diallo, 1; 59-pen.

PSJ – Ayaçço 5:0
Qol: F.Ruis, 22. Hakimi, 33. Mbappe, 47; 54. M.Yussuf, 73-öz qapısına.

14 may

Klermon – Olimpik (Lion) 2:1
Qol: Kiey, 25-pen; 65 – Lakazette, 22.

Brest – Oser 1:0
Qol: Le Duaron, 69.

Monpelye – Loryan 1:1
Qol: Mauassa, 90+3 – Fevr, 68.

Renn – Trua 4:0
Qol: Teate, 14. Buriqe, 65. Ekambi, 70; 74.

Tuluza – Nant 0:0

Monako – Lill 0:0

Olimpik (Marsel) – Anje 3:1
Qol: A.Sançes, 34. Payet, 48. Veretu, 76-pen – Sima, 28.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib