14 dekabr 2025. Bazar günü

Verrattinin zədəsinin durumu müəyyənləşib


Verrattinin zədəsinin durumu müəyyənləşib

PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin zədəsinin durumu müəyyənləşib.

 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya millisinin üzvünün sol dizində qançır var.

 

Verrattinin müayinəsinə artıq start verilib. Ancaq onun sağalma müddəti hələ məlum deyil. 30 yaşlı orta sahə oyunçusu 2012-ci ildən Fransa klubunda çıxış edir. Ulduz futbolçunun parislilərlə hazırkı müqaviləsi 2026-cı ilə qədərdi.

 

Qeyd edək ki, Marko Verratti bu mövsüm 35 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Fransa L.1

Poqba “Marsel”lə oyunu buraxacaq
  • Fransa L.1
  • 15:01 14.12.2025
Poqba “Marsel”lə oyunu buraxacaq
“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi