5 dekabr 2025. Cümə

PSJ-dən növbəti qələbə


PSJ-dən növbəti qələbə

Fransa çempionatında 36-cı tura yekun vurulub. Corner.az xəbər verir ki, turun son oyunlarında “Ayaçço” evdə “Renn”ə, “Loryan” isə “Lans”a uduzub.

 Səfərdə “Oser”in qonağı olan lider PSJ inamlı qələbə qazanıb. "Nitsa" - "Tuluza" matçı qolsuz bitib.  "Reyms" - "Anje"  və "Tura" - "Strasburq" matçlarında qalib müəyyənləşməyib. "Brest" "Klermon"la ev oyununda inamlı qələbə qazanıb.

Hazırda 84 xala malik PSJ vahid liderdir. “Lans” 78 xalla ikinci, Marsel “Olimpik”i 73 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 65, “Lill” 63, “Renn” 62, Lion “Olimpik”i 59 xal toplayıb.

Fransa, Liqa 1
36-cı tur
19 may

Olimpik (Lion) – Monako 3:1
Qol: Lakazette, 38. Kakre, 57. Çerki, 78 – Ben Yedder, 2-pen.

20 may

Nant – Monpelye 0:3
Qol: Ferri, 38. Nordin, 47. Sako, 88.

Lill – Olimpik (Marsel) 2:1
Qol: David, 49-pen. Bamba, 72 – Klauss, 29.

21 may

Ayaçço – Renn 0:5
Qol: Santamariya, 14. Quiri, 31; 40; 71. Doku, 37.

Brest – Klermon 2:1
Qol: Honorat, 45; 48 – Neto, 43.

Nitsa – Tuluza 0:0

Reyms – Anje 2:2
Qol: İto, 10. Baloqun, 54 – Şabanoviç, 46. Abdelli, 60.

Trua – Strasburq 1:1
Qol: R.Lopes, 73 – Diarra, 27.

Loryan – Lans 1:3
Qol: Fevr, 6 – Sotoka, 20. Tomasson, 25. Fofana, 87.

Oser – PSJ 1:2
Qol: Sinayoko, 51 – Mbappe, 6; 8.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər