16 mart 2026. Bazar ertəsi

İqor Tudor "Marsel"i tərk edəcək


İqor Tudor "Marsel"i tərk edəcək
“Marsel”in baş məşqçisi mövsümün sonunda komandanı tərk edəcək.

Corner.az xəbər verir ki, baş məşqçi İqor Tudor bu barədə Liqa 1-in son turunun “Ayaçço” ilə oyunundan əvvəl keçirilən mətbuat konfransında məlumat verib:

“Bu komandada işləmək, bu ailənin bir hissəsi olmaq, azarkeşlərlə görüşmək və xüsusi enerjisi olan bir şəhərdə olmaq şərəf idi. Mən şəxsi və peşəkar səbəblərdən ayrılmaq qərarına gəldim. Mənim başqa klubla anlaşmam yoxdur”.

Xatırladaq ki, 45 yaşlı mütəxəssis ötən ilin yayından “Marsel”i çalışdırır. Onun komandası 37 turdan sonra 73 xalla Fransa çempionatında üçüncü yeri təmin edib.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi