- Fransa L.1
- 23:50 23.11.2024
Fransa millisinin yarımmüdafiəçisi Uorren Zair-Emeri AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Cəbəllüttariqə qarşı keçirdikləri ev oyununda (14:0) sıradan çıxıb.
90deqiqe.az xəbər verir ki, PSJ-nin futbolçusu ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 17 yaşlı futbolçuya sağ topuq nahiyəsindən orta dərəcəli zədə diaqnozu qoyulub.
Qeyd edək ki, bu mövsüm Zaire-Emeri Liqa 1-də 11 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.