22 oktyabr 2024. Çərşənbə axşamı

PSJ kapitanını da itirdi

PSJ klubu daha bir ciddi itki ilə üzləşib.


PSJ kapitanını da itirdi

PSJ klubu daha bir ciddi itki ilə üzləşib. 90deqiqe.az xəbər verir ki, Paris təmsilçisinin kapitanı Markinyoş Braziliya millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsində Argentina ilə oyunda (0:1) sıradan çıxıb. 29 yaşlı müdafiəçi sol omba nahiyəsindən xəsarət alıb.

Bu gün müayinədən keçəcək təcrübəli oyunçunun bərpa müddəti ondan sonra açıqlanacaq. 

Qeyd edək ki, Markinyoş bu mövsüm 14 oyunda 1 assist edib. 

Əlavə edək ki, PSJ-nin 17 yaşlı futbolçusu Uorren Zair-Emeri də millinin toplanışı zamanı zədələnmişdi və onun üçün mövsüm başa çatdığı açıqlanmışdı.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib