22 iyun 2026. Bazar ertəsi

Fransa klubunda istefa

"Lion" baş məşqçi Fabio Qrosso ilə yollarını ayırıb.


Fransa klubunda istefa

"Lion" baş məşqçi Fabio Qrosso ilə yollarını ayırıb.

90deqiqe.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pyer Saget "Lion"un baş məşqçi əvəzi təyin edilib.

46 yaşlı çalışdırıcı sentyabrın 16-da "Lion"un "sükan"ı arxasına keçmişdi. Bu müddət ərzində o, komandaya 9 oyunda başçılıq edib və 5 məğlubiyyət alıb.

Qeyd edək ki, "Lion" Fransa çempionatında keçirdiyi 12 oyunda cəmi 1 qələbə qazanıb və 7 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”