22 oktyabr 2024. Çərşənbə axşamı

Fransa klubunda yeni təyinat

Fransa "Lion"unda yeni təyinat rəsmiləşib.


Fransa klubunda yeni təyinat

Fransa "Lion"unda yeni təyinat rəsmiləşib. 90deqiqe.az xəbər verir ki, David Friio bundan sonra Liqa 1 təmsilçisinin idman direktoru vəzifəsini icra edəcək.

50 yaşlı mütəxəssis ilk öncə komandanın "sükanı arxasına" yeni baş məşqçi tapmaqla başlayacaq.

Friio öncədən "Marsel"in idman və texniki direktoru vəzifələrini, "Sent-Etyen", "Mançester Yunayted" və "Nottingem Forest"in isə skautu kimi çalışıb.

Xatırladaq ki, "Lion" baş məşqçi Fabio Qrosso uğursuz çıxışa görə istefaya göndərib. Qrosso bu ilin sentyabrında "Lion"un "sükanı arxasına" keçmişdi. Onun rəhbərliyi altında komanda 7 oyuna 1 qələbə qazanmışdı, 2 dəfə heç-heçə etmişdi.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib