22 oktyabr 2024. Çərşənbə axşamı

Anridən Mbappeyə məsləhət: “Real”a getmək yerinə…

Fransa millisinin sabiq hücumçusu Tyeri Anri PSJ-nin hücumçusu Kilian Mbappenin mümkün gedişi ilə bağlı fikirlərini bölüşüb.


Anridən Mbappeyə məsləhət: “Real”a getmək yerinə…

Fransa millisinin sabiq hücumçusu Tyeri Anri PSJ-nin hücumçusu Kilian Mbappenin mümkün gedişi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.az xəbər verir ki, 46 yaşlı veteran oyunçu “Mundo Deportivo”ya verdiyi müsahibədə Mbappeyə "Real"a getmək əvəzinə qalıb PSJ ilə çempionluqlar yaşamağı məsləhət edib:

“Mbappenin yerində olsaydım, “Real”a  və ya digər komandaya getməzdim, başladığım işi burada sona çatdırardım. Niyə getməlisən? Hələ yenə də Fransa çempionluğunu qazanmalısan.Kilian PSJ-ni sevir və bunu hamı da bilir. O, məhz bu klubda gücləndi və indiki Mbappe oldu. Mbappenin sona qədər PSJ-də çıxış etməsini istəyirəm”.

MbappeninFransa klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir.

Qeyd edək ki, 24 yaşlı forvard 2017-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib