22 oktyabr 2024. Çərşənbə axşamı

Özümü yenidən futbolçu kimi hiss etmək istəyirəm - Riko

PSJ-nin qapıçısı Serxio Riko yaşıl meydanlara qayıtmağı səbirsizliklə gözləyir. 


Özümü yenidən futbolçu kimi hiss etmək istəyirəm - Riko

PSJ-nin qapıçısı Serxio Riko yaşıl meydanlara qayıtmağı səbirsizliklə gözləyir. 

90deqiqe.az xəbər verir ki, atdan yıxılaraq tibbi komaya düşən 30 yaşlı futbolçu yerli mətbuata açıqlamasında 20 kq arıqladığını və yavaş-yavaş yaxşılaşmağa doğru irəlilədiyini bildirib:

“Mən özümü yaxşı hiss etdiyim üçün həkimin mənə bir az daha çox azadlıq verməsini səbirsizliklə gözləyirəm. Özümü yenidən rutinimə qayıtmaq və yenidən futbolçu kimi hiss etmək istəyirəm.

20 kiloqram arıqlamışam. 92 idim, sonra 73-ə düşdüm. İndi çəkim 88 kq-dır. Mən bunu sakit qəbul edirəm, bu mənim səlahiyyətimdə deyil. Bir şey məndən asılı olsaydı, artıq məşq edərdim. Mənə cavabdeh olan həkimlərin və həyatımı xilas edən həkimlərin göstərişlərinə əməl edirəm”.

Qeyd edək ki, mayın 28-də atdan yıxılaraq beyin travması alan Riko ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.  Avqustun 3-də beyin anevrizmasının çıxarılması üçün əməliyyat olunan ispan qolkiper 15 gün sonra xəstəxanadan buraxılıb.

Əlavə edək ki, Serxio Riko 2019-cu ildən PSJ-nin formasını geyinir.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib