22 oktyabr 2024. Çərşənbə axşamı

Tanınmış qolkiperin evi soyuldu, arvadı döyüldü

Fransanın PSJ klubunun qapıçısı Aleksandr Letelyenin evi qarət edilib.


Tanınmış qolkiperin evi soyuldu, arvadı döyüldü

Fransanın PSJ klubunun qapıçısı Aleksandr Letelyenin evi qarət edilib.

90deqiqe.Az "RMC Sport"a istinadən xəbər verir ki, hadisə dekabrın 18-dən 19-na keçən gecə saat iki radələrində baş verib.

Naməlum şəxslər 33 yaşlı qolkiperin Paris ətrafındakı evinə daxil olublar. Həmin vaxt futbolçunun özü, həyat yoldaşı, həmçinin 2 və 6 yaşlı iki uşağı evdə olub. Cinayətkarlar oyunçunun ailəsini silahla hədələyiblər, pul və zinət əşyaları tələb ediblər. Onlar hətta oyunçunun həyat yoldaşının üzünə zərbələr də endirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 4 şəxsi saxlayıblar, onlardan ikisi yetkinlik yaşına çatmayıb.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib