7 noyabr 2026. Şənbə

Kilian Mbappe qardaşına qalib gəldi

Fransa Liqa 1-də 17-ci tur PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub


Kilian Mbappe qardaşına qalib gəldi

Fransa Liqa 1-də 17-ci tur PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

90deqiqe.az xəbər verir ki, dünya çempionu “Mets”lə matçda özündən 9 yaş kiçik qardaşı Etanla bir-birinə qarşı oynayıblar.

PSJ-nin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə kiçik Mbappe 90+1-ci dəqiqədə meydana çıxıb.

Kilian bildirib ki, qardaşının ehtiyatdan oyuna çıxması onun üçün gecənin ən vacib məqamı idi: "Çox xoşbəxtəm. Bu, Etan, xüsusilə də böyük qardaşı olaraq mənim üçün əladır. Düşünməzdim ki, məni belə özəl gün gözləyir. Matç uzun müddət yaddaşımda qalacaq”.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi