- Fransa L.1
- 23:50 23.11.2024
PSJ-nin prezidenti Naser Əl-Xəlaifiyə qarşı iyul ayında aparılan istintaqın təfərrüatları bəlli olub.
90deqiqe.az “Mediapart"a istinadən xəbər verir ki, Paris klubunun rəhbəri Qətərdə lobbiçinin oğurlanmasında birbaşa iştirakında ittiham olunub.
Həmin tarixdə polisin Nasser Əl-Xəlaifiyə qarşı keçirdiyi əməliyyat zamanı funksioner bir saat şəxsi təyyarəsində gizlənib.
Qətərin yüksək rütbəli rəsmiləri polisi hədələyərək Fransa nazirləri Katrin Kollen və Cerald Darmanenə zəng vurublar.
Qeyd edək ki, daha əvvəllər də Əl-Xəlaifi DÇ-2022-nin ev sahibliyi hüququnun Qətərə verilməsi ilə bağlı məlumatı olan 42 yaşlı lobbiçi Tayeb bin Abderrahmanın oğurlanmasında iştirakda ittiham olunurdu