- Fransa L.1
- 23:50 23.11.2024
“Nitsa”nın müdafiəçisi Yusif Atalla bağlı qərar verilib.
90deqiqe.az "RMC Sport"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Fələstinlətə dəstək paylaşımına görə 8 ay şərti həbs və 45 min avro pul cəzasına məhkum edilib.
Xatırladaq ki, Atal 2023-cü il oktyabrın 14-də "din zəmini altında nifrətin qızışdırılması" ilə bağlı paylaşıb etmişdi. Daha sonra o, paylaşımı silib və üzrxahlıq edib. Buna baxmayaraq, “Nitsa” onu əvvəlcə məşqlərdən daha sonra isə klubdan uzaqlaşdırıb.
Bundan əlavə, Yusif Fransa Peşəkar Futbol Liqasının İntizam Komissiyası tərəfindən 7 oyunluq cəza alıb. Noyabrda isə futbolçu polis tərəfindən həbs edilib.
Qeyd edək ki, futbolçu gələn həftə Kot-d’İvuarda start götürəcək Afrika Millətlər Kuboku üçün Əlcəzair millisinə çağırılıb.