- Fransa L.1
- 23:50 23.11.2024
2023-cü il oktyabrın 14-də "din zəmini altında nifrətin qızışdırılması" ilə bağlı sosial şəbəkələrdə paylaşım etdiyi üçün 8 aylıq şərti həbs cəzası alan “Nitsa”nın futbolçusu Yussuf Atal hökmdən apellyasiya şikayəti verib.
90deqiqe.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Bir neçə gün əvvəl 27 yaşlı futbolçu Fələstinlərə dəstək paylaşımına görə 8 ay şərti həbs və 45 min avro pul cəzasına məhkum edilmişdi Daha sonra onu silib və üzrxahlıq edib. Buna baxmayaraq, “Nitsa” onu əvvəlcdə məşqlərdən, daha sonra isə klubdan uzaqlaşdırıb.
Bundan əlavə, Yusif Fransa Peşəkar Futbol Liqasının İntizam Komissiyasından 7 oyunluq cəza alıb.