22 oktyabr 2024. Çərşənbə axşamı

"Nə vaxtsa ayrılma növbəm olacaq" - Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasının gələcəyi haqda danışıb.


"Nə vaxtsa ayrılma növbəm olacaq" - Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasının gələcəyi haqda danışıb.

90deqiqe.az xəbər verir ki, 25 yaşlı forvard bir gün mütləq ayrılacağını bildirib.

"Futbol tarixini formalaşdıran bir çox böyük oyunçu yayda Avropanı tərk etdi və biz yeni dövrə qədəm qoyuruq. Bu, idman dövrünün bir hissəsinə çevrildi və nə vaxtsa ayrılma növbəm olacaq. Mən bu dəyişikliklərdən narahat deyiləm. Mən sadəcə karyeramı davam etdirmək və öz yolumla getmək haqqında düşünürəm." - deyə, fransız futbolçu qeyd edib.

Mbappenin parislilərlə müqaviləsi bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Futbolçunun İspaniya nəhəngi Madrid "Real"ına keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2018-ci ildən Paris klubunda top qovan forvard bu mövsüm bütün yarışlar daxil olmaqla 25 matçda iştirak edib, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib