- Fransa L.1
- 23:50 23.11.2024
Serbiyalı yarımmüdafiəçi Nemanya Matiçin "Lion"a keçidi rəsmiləşib.
90deqiqe.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Liqa 1 klubu ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.
"Lion" bu transfer üçün qarşı tərəfə 2,6 milyon avro ödəyib.
"Lion" Nemanya Matiç kimi xarizmatik və təcrübəli oyunçunu kluba cəlb edə bildiyinə görə məmnundur", - deyə, klubun açıqlamasında deyilir.
Matiçin əvvəlki klubu Fransanın “Renn” klubu olub. Fransa çempionatının cari mövsümündə o, 13 oyuna çıxıb. O, UEFA Avropa Liqasında da altı oyun və iki məhsuldar ötürmə edib.
"Lion" 2023/2024 mövsümü üçün Fransa Liqa 1 turnir cədvəlində 16-cı yerdədir. Komanda 19 matçda 16 xal toplayıb.