8 sentyabr 2024. Bazar günü

"Klopp başqa klubda yeni çağırış etmək istəyəcək" - Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike "Liverpul"un çalışdırıcı Yurgen Kloppun cari mövsümün sonunda postunu tərk etmək qərarını şərh edib.


"Klopp başqa klubda yeni çağırış etmək istəyəcək" - Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike "Liverpul"un çalışdırıcı Yurgen Kloppun cari mövsümün sonunda postunu tərk etmək qərarını şərh edib.

90deqiqe.az "RMC Sport "a istinadən xəbər verir ki, ispan çalışdırıcı alman mütəxəssisin qərarında medianın da rolu olduğunu bildirib.

“Məşqçilər nəticələrinə görə qiymətləndirilir. O, "Siti"nin üstünlük təşkil etdiyi bir dövrdə titullar üçün mübarizə aparmağı bacarır. Onun komandası çox pressinq edir və yüksək tempi qoruyur. O, həqiqətən yaxşıdır, üslubunu bəyənirəm.Klopp müstəsna nəticələr əldə edən çox açıq və mehriban insandır. O, kifayət qədər enerjisinin olmadığını söylədi, bunu başa düşmək olar. Məşqçilər ilk növbədə medianın hədəfində olurlar ki, bu da yorucudur. Bəzən məşqçilər bundan uzaqlaşmalı olurlar. Ola bilsin ki, o, başqa klubda yeni çağırış etmək istəyəcək”,

Xatırladaq ki, Klopp qərarını dünən açıqlamışdı. O, 2015-ci il oktyabrın 8-də “Liverpul”un sükanı arxasındadır. Bu müddət ərzində 56 yaşlı mütəxəssis "qırmızılar"ın heyətində 7 kubok qazanıb. Yurgenin rəhbərliyi altında "Liverpul" Çempionlar Liqası, İngiltərə Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku, UEFA Super Kuboku və Klublararası Dünya Kubokunun qalibi olub.







Fransa L.1

PSJ-nin hücumçusu sıradan çıxdı
  • Fransa L.1
  • 23:33 16.08.2024
PSJ-nin hücumçusu sıradan çıxdı
 "Marsel"də yeni hücumçu
  • Fransa L.1
  • 11:26 13.08.2024
"Marsel"də yeni hücumçu